Hikmət Hacıyev: "Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

Hikmət Hacıyev: "Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"
SİYASƏT
14:33 16.10.2020
1019

"Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

"Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR