Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"
Siyasət
13:38 29.09.2020
629

"Bu gün səhər radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Vardenis rayonu ərazisindəki mövqelərindən Azərbaycanın Daşkəsən rayonunu və digər bölgələrini artilleriyadan atəşə tutub".

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın öz ərazisindən də həyata keçirilir: "Bu hadisələr Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz aktı kimi qiymətləndirilir ki, burada da suveren dövlət olan Ermənistanın ərazisindən Azərbaycana qarşı növbəti hücum akt həyata keçirilib”.

OXŞAR XƏBƏRLƏR