Hillari Klintona işçilərindən qeyri-adi sürpriz - FOTOLAR
DÜNYA
09:28 08.01.2013
1938
ABŞ-ın dövlət katibi Hillari Klinton səhhəti ilə bağlı uzunmüddətli məzuniyyətdən sonra işə çıxıb. AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, işçiləri onu böyük şövqlə qarşılayıblar və xaım dövlət katibinə Amerika futbolu oyunçularının qoruyucu şlemindən hədiyyə ediblər. Dövlət Departamentinin əməkdaşları öz rəhbərlərini alqışlarla qarşılayıblar.Hillari Klintona qoruyucu şlemi verən əməkdaşlar deyiblər ki, diplomatiya da “təmas idmanı”dır. Hillari Klintona adı və 112 nömrəsi yazılan futbolka da hədiyyə edilib. Bu rəqəm dövlət katibinin səlahiyyət dövründə səfər etdiyi ölkələrin sayıdır.