Hindistan Ukraynaya hərbi sursat göndərdiyi iddialarını rədd etdi

DÜNYA
14:06 20.09.2024
160
Hindistan Xarici İşlər Nazirliyi Avropa ölkələrinin Hindistan istehsalı olan artilleriya mərmilərinin Ukraynaya ötürülməsinə mane ola bilmədiklərinə dair iddiaları "spekulyativ” adlandırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval sosial media platformasında açıqlama verib.
 
Açıqlamada Rusiyanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq sursat təhvilinin bir ildən çox davam etdiyi və Hindistan hökumətinin bunu dayandırmaq üçün heç bir iş görmədiyi xəbəri təkzib edilərək, xəbərin "spekulyativ" və "yanıltıcı" olduğu ifadə edilib.
 
Həmçinin, Hindistanın silahların yayılmasının qarşısının alınmasında beynəlxalq öhdəliklərə əməl etməkdə qüsursuz bir təcrübəyə malik olduğu vurğulanıb.
 
Qeyd edək ki, may ayında Hindistan hərbi sursat ixrac qaydalarının daha da sərtləşdirildiyini və alıcılardan üçüncü ölkələrə silah göndərməmələrini tələb etdiyini açıqlayıb.
 
Oksana
 



OXŞAR XƏBƏRLƏR