Hizbullah Hərəkatı İsrailin şimalındakı Ştula, Metula (Matalla) və Avivim bölgələrinə hücumlar təşkil etdiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hizbullah tərəfindən verilən yazılı açıqlamalarda İsrailin şimalındakı bölgələrə artilleriya və raket hücumları ilə bağlı məlumat verilib.
Hücumların "Qəzza zolağında qətiyyətli Fələstin müqavimətini dəstəkləmək və Livan xalqını müdafiə etmək" məqsədilə həyata keçirildiyini bildirən Hizbullah, İsrailin şimalındakı bölgələrin vurulduğunu bildirib.
Hizbullah Ştula qeyri-qanuni yaşayış məntəqəsinin qapısında gözləyən İsrail əsgərlərinin artilleriya atəşi ilə "birbaşa zərbə" ilə vurulduğunu, Metulada hərəkətdə olan İsrail əsgərlərinin isə raketlə hədəf alındığını qeyd edib.
Gülay