Hollandiyada baş nazirliyə göz dikən müxalif siyasətçi Gert Vilders İsrail-Fələstin münaqişəsi ilə bağlı qalmaqallı açıqlama verib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Vilders İsrail prezidenti İsaak Hersoqla görüşdüyünü desə də, o, "İsrailin terrora qarşı mübarizəsini tam dəstəkləməyə” söz verdiyini bildirib.
İsrail prezidenti bazar günü Amsterdamda Holokost muzeyinin açılışında iştirak etmək üçün Hollandiyada olub.
Açılış mərasimində Hersoq sülh üçün dua etməyə və oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı oğurlanan və hələ də islamçı yaraqlılar tərəfindən saxlanılan girovların dərhal azad edilməsinə çağırıb.
Vilders Herzoqla görüşünün fotosunu paylaşaraq, "Ona Hollandiyaya səfərindən qürur duyduğumu və İsrailin terrorla mübarizəsində hər zaman mənim tam dəstəyimi aldığını və hər zaman dəstəkləyəcəyini söylədim", - deyib
Xatırladaq ki, İsrailin Fələstində mülki əhaliyə hücumlarını dayandırmaq üçün son vaxtlar beynəlxalq səylər davam edərkən, Ramazan ayının başlamasına baxmayaraq İsrailin geri addım atmaması reaksiyaların artmasına səbəb olur.
Mikayıl