HTC One qızıldan olacaq

MARAQLI
00:52 20.09.2013
1623

iPhone 5Sin elanından sonra qızıl rəng mobil bazarda növbəti trendə çevrilir. Lakin Tayvanın HTC şirkəti bu istiqamətdə bir az da irəli gedərək HTC One qabaqcıl modelinin korpusunu 24 karatlıq qızıldan hazırlayacaq.

AZXEBER.COM ICTnews-a istinadən bildirir ki, tədarük dəstinə, həmçinin palıd ağacından hazırlanmış orijinal qutu, həmçinin əsillik zəmanəti daxildir. İçliyinə görə HTC One smartfonunun bahalı versiyası standart modeldən fərqlənmir.

Qurğuda 4.7 düymlük 1920x1080 təsvir ölçülü Super LCD ekranı, 1.7 QHs takt tezlikli SoC Qualcomm Snapdragon 600 prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş yaddaş və 4 ultrapiksellik kamera ilə təchiz edilib. HTC One smartfonunun qızıl versiyasının qiyməti 3100 dollar təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR