Humanitar kollecdə “Məzun günü” keçirildi - FOTOLAR

Humanitar kollecdə “Məzun günü” keçirildi - FOTOLAR
SOSİAL
17:14 24.06.2025
320
ADMİU nəzdində Humanitar Kollecdə 23 iyun tarixində növbəti "Məzun Günü” tədbiri baş tutub. Ənənəvi olaraq təşkil olunan bu tədbirdə Kollecin rəhbərliyi, professor-müəllim heyəti, dəvətli qonaqlar və 2025-ci ilin məzunları iştirak ediblər.
 
AZXEBER.COM xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova tədbirdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, çıxışında Kollecin zəngin tarixi, dəyərləri və məzunlarının bu ənənələri yaşatmaqda rolunu vurğulayıb:

"Siz artıq 87 illik tarixə malik Humanitar Kollecin yetirmələrisiniz. Hər biriniz bu təhsil ocağından bir parça aparırsınız və onun ruhunu sabaha daşıyırsınız.”
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudova da məzunlara xoş arzularını çatdırıb. O, gənclik illərinin həyatdakı önəmini qeyd edərək, Humanitar Kollec məzunlarının universitetə qəbul sayının ildən-ilə artmasından məmnunluğunu ifadə edib:

"Məzunlarımızın bir çoxu artıq ali təhsildə də öz yollarına davam edirlər. Onların tədbirlərdə, konsertlərdə fəal iştirakı və uğurları bizə qürur verir.”
Tədbirin bədii hissəsində aparıcı Toğrul Qasımovun çıxışı, Aydın Quliyevin ifasında səslənən "Məzunlar” repi və DJ Azərin təqdim etdiyi musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi bayram ab-havası qatıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində ADMİU nəzdində Humanitar Kolleci ümumilikdə 219 tələbə bitirib.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu