Məşhur reper Hüseyn Dərya həbs olunub.
AzVision.az-a bu barədə Sabunçu rayon polis bölməsindən məlumat verilib. Bildirilib ki, reper ötən gün saat 18:10 radələrində Sabunçu RPİ-nə aparılıb. Buna səbəb isə isə reperin narkotik sərxoşluq vəziyyətində olması olub.H.Dərya daha sonra isə 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.