Husilər İsrailin sənaye zonasına hücum ediblər

Husilər İsrailin sənaye zonasına hücum ediblər
DÜNYA
18:51 29.10.2024
274
Yəmənin şimalında "Ənsar Allah” hərbi-siyasi hərəkatı pilotsuz uçuş aparatları ilə İsrailin Aşkelon şəhərindəki sənaye zonasına hücum etdiyini bildirib.

Bu barədə "husi" silahlı qruplaşmasının yaydığı məlumatda deyilir.

"Hərbi əməliyyatların beşinci mərhələsi çərçivəsində Yəmən Hərbi Hava Qüvvələri Aşkelondakı sənaye zonasında əməliyyat keçirib. Hücum zamanı istifadə olunan bir neçə pilotsuz uçuş aparatı hədəfə çatıb”, - məlumatda bildirilir.
 
///report
OXŞAR XƏBƏRLƏR