İcra başçısı üç məmurun yerini dəyişdi

İcra başçısı üç məmurun yerini dəyişdi
SİYASƏT
15:32 26.02.2026
271
Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının bəzi qəsəbələr üzrə nümayəndələri dəyişib.

Bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb.

Məlumata görə, nümayəndələrin yerdəyişmələri rayonun Bakıxanov, Zabrat və Nardaran qəsəbələri üzrə aparılıb.

Belə ki, Həmid Qalayev Başçının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilib. O, Başçının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.

Məhəmməd Əsədov Başçının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilib. O, Başçının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.

Zülfüqar Mirzəliyev Başçının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilib. O, Başçının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.
 
İqtisadiyyat.az
OXŞAR XƏBƏRLƏR