İcra başçısının oğluna vəzifə verildi

İcra başçısının oğluna vəzifə verildi
SOSİAL
14:00 26.08.2019
4673
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.

AZXEBER.COM bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.
 
***
15:05

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BakuPost-a bildirilib ki, Xətai rayon Polis İdarəsinin 34 cü polis bölməsinin rəis müavini postuna təyinat olmayıb: "Bu xəbər həqiqəti əks etdirmir".
 

 


OXŞAR XƏBƏRLƏR