İdmançılarımız Ermənistana gedəcək? - Nazir açıqladı

İdmançılarımız Ermənistana gedəcək? - Nazir açıqladı
İDMAN
12:52 09.02.2022
397
"İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edib-etməyəcəyimizi demək tezdir".

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev deyib.

O bildirib ki, yeni seçilmiş rəhbər olaraq baş məşqçi, məşqçilər korpusu və idmançılarla geniş müzakirələr aparacaqlar: "Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacaq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır",
OXŞAR XƏBƏRLƏR