Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
AZXEBER.COM xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.
125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, mundial avqustun 24-də yekunlaşacaq.