İlham Əliyev Bakıya qayıtdı- FOTOLAR

SİYASƏT
00:14 14.11.2013
1300

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri bu gün başa çatıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıdıb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı HacıbalaAbutalıbov qarşılayıb.

OXŞAR XƏBƏRLƏR