"Avropa Şurasının müvafiq platformasının Azərbaycana yanaşması qərəzlidir" - Rəşad Məcid

"Avropa Şurasının müvafiq platformasının Azərbaycana yanaşması qərəzlidir" - Rəşad Məcid
MEDIA
14:38 11.03.2026
882
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələrinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Rəşad Məcid hesabatın Azərbaycanla bağlı hissələri qərəzli və belə yanaşmanın "köhnə qitə”nin, ümumən dünyanın ayrı-ayrı institutları üçün adi hala çevrilməsinin təəssüf doğurduğunu qeyd edib:

"Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələri qərəzlidir. Belə yanaşmanın "köhnə qitə”nin, ümumən dünyanın ayrı-ayrı institutları üçün adi hala çevrilməsi təəssüf doğrurur. Hesab edirəm ki, bu kimi hallar, ümumən, söz və ifadə azadlığı prinsiplərinə xələl gətirir, həmçinin, ali dəyərlərlə spekulyasiya mahiyyəti daşımaqla, mənfi presedent yaradır.

Mətbuat Şurasının sədri vurğulayıb ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması Azərbaycanla bağlı hesabat hazırlayarkən, bir çox məqamlara diqqət yetirməyib. Sənəd müəlliflərinin gördükləri işə səthi münasibət göstərdikləri birmənalıdır. Belə təəssürat yaranır ki, kimlərsə əvvəlcədən qarşılarına Azərbaycanı ləkələmək məqsədi qoyub və sonra həmin məqsədi reallaşdırmaq üçün hesabat hazırlayıb.

Rəşad Məcid əlavə edib ki, Azərbaycan dövlətinin son illərdə apardığı media siyasəti mövcud məkanda həm saflaşmanı, həm də şəffaflaşmanı hədəf seçib. Bu hədəfə doğru atılan addımlar beynəlxalq təcrübədən qaynaqlanıb. Eyni zamanda, o da tam aydındır ki, medianın sağlamlaşması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişindən irəli gəlir. Yəni, islahatlar bu sifarişin icrasına adekvat yanaşmanın göstəricisidir. Sözügedən hesabatdan gəlinən qənaət isə budur ki, sanki reallaşdırılmış tədbirlərdə hansısa mürtəce xarakter və mahiyyət var. Bu cür kortəbii rəy təkcə Azərbaycanın deyil, ümumən dünyanın hazırda getdiyi media tənzimləməsi yolunu şübhələndirməkdir.

Kimsə Azərbaycan mediasında çətinliklərin olmadığını, hər şeyin qaydasında getdiyini iddia etmir. Problem də var, onların aradan qaldırılmasına yönələn iradə də. Ölkəmizdə aparılan media islahatlarının məğzində, bütövlükdə, Azərbaycanda söz və ifadə azadlığının, plüralist fikrin, bir növ, keşiyində dayanmaq əzmi də duyulur. Görünür, bu əzmimiz dünyada hansısa qüvvələri qane etmir. Bəlkə Azərbaycanın media mühitində anarxiya olmalı idi ki, bizdən razı qalsınlar? Görəsən, dünyanın harasında anarxik təmayüllər norma kimi qəbul olunur? Əlbəttə, suallarımız ritorikdir.

Azərbaycan Mətbuat Şurası Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatın Azərbaycanla bağlı hissələri ilə qətiyyən razılaşmırıq. Bu sayaq sənədlərin obyektivliyi əks etdirmədiyi düşüncəsindəyik. Yaxşı olar ki, özünü dünyada söz və ifadə azadlığının, plüralist fikrin qoruyucusu qismində göstərməyə çalışan təsisatlar üzərilərinə götürdükləri missiyanın əlahiddəliyinə adekvat davransınlar və nəzərə alsınlar ki, ali dəyərlərdən sui-istifadəni adiləşdirməklə, özlərinin mənəvi legitimliklərini şübhə altına alırlar. Belə şübhələrin formalaşdırdığı etimadsızlıq mühiti isə söz azadlığına etinasız yanaşanlara münbit zəmin yaradır, onlara xoşagəlməz əməllərini davam etdirmək üçün yeni fürsətlər qazandırır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərmərə dənizində 10 ekipaj üzvü ilə batan gəminin yeri müəyyənləşdirilib
18:14 04.09.2026
Mərmərə dənizində 10 ekipaj üzvü ilə batan gəminin yeri müəyyənləşdirilib
ABŞ-də işə qəbulda yenilik: Namizədlərlə süni intellekt danışacaq
18:02 04.09.2026
ABŞ-də işə qəbulda yenilik: Namizədlərlə süni intellekt danışacaq
Yeni metro stansiyasının adı belə olacaq
17:48 04.09.2026
Yeni metro stansiyasının adı belə olacaq
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
15:59 04.09.2026
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU