Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
MEDIA
18:45 19.11.2026
73
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib. Ölkə jurnalistlərinin bu il oktyabrın 16-da düzənlənmiş IX qurultayından sonra ilk dəfə təşkil olunan toplantı ümumi görüş və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə yönələn məşvərət xarakteri daşıyıb.

Tədbiri girişi sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu bildirib ki, müasir media çağırışlarının ayrı-ayrı cəmiyyətlərə hakim kəsildiyi hazırkı dövrdə ənənələrə sadiqlik ruhunun yaşadılması son dərəcə vacibdir. Şura sədri Ahıl Jurnalistlər Məclisinin bu baxımdan mühüm mənəvi rol oynadığını, qurumun fəaliyyətinin gücləndirilməsinə ehtiyacın duyulduğunu deyib.

Ahıl Jurnalistlər Məclisinin fəallıq göstəricilərinin Mətbuat Şurasının ümumi iş intensivliyinə təsirini əsaslandıran V.Zifəroğlu eyni zamanda bildirib ki, ömrünü-gününü sevimli peşəsinə həsr etmiş qələm sahiblərinin zəngin təcrübələrini bölüşmələri gənc jurnalist nəslinin püxtələşməsinə ciddi dəstəkdir. O, məclisin həm belə bir dəstəyin sistemləşdirilməsinə töhfə verəcəyinə, həm də ümumən nəsillər arasında etibarlı körpü funksiyası daşıyacağına əminliyini ifadə edib.

MŞ İdarə Heyətinin üzvü, Ahıl Jurnalistlər Məclisinin sədri Əminə Yusifqızı çıxışında iştirakçılara rəhbəri olduğu qurumun 2026-2030-cu illər üçün fəaliyyət planının bəzi detalları barədə məlumat verib. O bildirib ki, gənc və ahıl jurnalist tandeminin yaradılması və bu ideya baxımından tərcübə mübadiləsi məqsədi daşıyan görüşlərin təşkili qarşıdakı mühüm vəzifələrdəndir. Ə.Yusifqızı həmçinin qədirbilənlik və ehtiram ənənələrinin yaşadılmasının müstəsna əhəmiyyətindən söz açıb, məclisin fəaliyyət planında buna dair tədbirlərin gerçəkləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, habelə toplantı iştirakçılarını mövcud istiqamətdə həmrəylik nümayişinə çağırıb.

Tədbirdə çıxış edənlərdən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, ustad Şirməmməd Hüseynov irsinin davamçısı, veteran jurnalist Ülkər Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Xalq qəzeti” baş redaktorunun birinci müavini Hümbət Musayev, "Yeni təfəkkür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, əməkdar jurnalistlər - Əntiqə Qonaq, İttifaq Mirzəbəyli, Şəlalə Həsənova və Zemfira Məhərrəmli, əməkdar mədəniyyət işçiləri – Müsəllim Həsənov, Məhəbbət Mehdiyeva, Zöhrə Əliyeva və Sədaqət Kərimova, "Tərəqqi” medallı jurnalistlər Şərif Kərimli və Zərifə Bəşirqızı, "Respublika Xatirə Kitabı” redaksiyasının və "Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, veteran jurnalistlər Adil İrşadoğlu, Sədaqət Əhmədova-Kərimova və   Ayətxan Ziyadov Ahıl Jurnalistlər Məclisinin daşıdığı qədirbilənlik missiyasının zəruriliyindən söz açaraq, məclisin Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinin IX qurultayından sonrakı fəaliyyət dinamikasına uyğun işlər reallaşdıracağına inandıqlarını bildirib, müvafiq təkliflər səsləndiriblər. Təkliflər qruplaşdırılıb və onların fəaliyyət planına daxil edilməsi qərara alınıb.
 






























OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin: Rusiya avropalıları Ukrayna ilə bağlı mövqelərini anlamaq üçün Moskvaya dəvət edib
18:53 19.11.2026
Putin: Rusiya avropalıları Ukrayna ilə bağlı mövqelərini anlamaq üçün Moskvaya dəvət edib
Badamdarda sürüşmə aktivlədi: Sakinlərin təxliyəsi üçün müraciət olundu
18:50 19.11.2026
Badamdarda sürüşmə aktivlədi: Sakinlərin təxliyəsi üçün müraciət olundu
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
18:45 19.11.2026
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
Vəfat edən BDU müəlliminin xanımından şok sözlər: "O, bir rektorun qurbanı oldu"
18:45 19.11.2026
Vəfat edən BDU müəlliminin xanımından şok sözlər: "O, bir rektorun qurbanı oldu"
Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
18:40 19.11.2026
Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Rusiya prezidenti Krım körpüsünə edilən hücumlara cavab verəcəyinə söz verib
18:27 19.11.2026
Rusiya prezidenti Krım körpüsünə edilən hücumlara cavab verəcəyinə söz verib
“WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK
18:12 19.11.2026
“WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK
Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik
18:10 19.11.2026
Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik
Bakıda qəribə qadağa: Qazilərə niyə kirayə ev verilmir? – AÇIQLAMA
17:54 19.11.2026
Bakıda qəribə qadağa: Qazilərə niyə kirayə ev verilmir? – AÇIQLAMA
“Haqsızlıq insanı ağlasığmaz qərarlar verməyə məcbur edir” – Xoşqədəm Hidayətqızı Nərman Qocatürk haqqında
17:31 19.11.2026
“Haqsızlıq insanı ağlasığmaz qərarlar verməyə məcbur edir” – Xoşqədəm Hidayətqızı Nərman Qocatürk haqqında
Səbinə Seyidova: Xaricdən dezinformasiya hücumları müşahidə olunur
17:28 19.11.2026
Səbinə Seyidova: Xaricdən dezinformasiya hücumları müşahidə olunur
Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi artır - Daha böyük hədəflər var
17:12 19.11.2026
Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi artır - Daha böyük hədəflər var
Üç liderin razılaşması dünya nizamını necə dəyişəcək? – Politoloqdan AÇIQLAMA
17:11 19.11.2026
Üç liderin razılaşması dünya nizamını necə dəyişəcək? – Politoloqdan AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
17:07 19.11.2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
16:55 19.11.2026
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
16:53 19.11.2026
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı