Mediaya ayrılan pul 10,2 milyon manat azaldılıb: “Qənaət etmək düzgün deyil”

Mediaya ayrılan pul 10,2 milyon manat azaldılıb: “Qənaət etmək düzgün deyil”
MEDIA
15:35 17.11.2026
28
2027-ci ildə Azərbaycanda media və informasiya sektorunda iki proqramın həyata keçirilməsi üçün 68,5 milyon manat vəsait ayrılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, bu məbləğ 2026-cı ilin dövlət büdcəsində televiziya, radio və nəşriyyat fəaliyyəti üçün nəzərdə tutulan 78,7 milyon manatla müqayisədə 10,2 milyon manat və ya 13 faiz azdır.

Məsələ Milli Məclisin dünən keçirilən plenar iclasında da müzakirə olunub. Deputat Hikmət Babaoğlu mediaya ayrılan vəsaitin az olduğunu bildirərək, gələn il üçün nəzərdə tutulan məbləğin ötən illə müqayisədə xeyli azaldığını vurğulayıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirib ki, dayanıqlı və keyfiyyətli media üçün daha böyük maliyyə vəsaitlərinə ehtiyac var:

"Dayanıqlı, daha keyfiyyətli və təsirli media istəyiriksə, əlbəttə ki, daha böyük vəsaitlər xərcləməliyik. Azərbaycan dövləti bu gün sadəcə ölkə daxilində deyil, ölkə xaricində də təsir imkanları geniş olan mediaya ehtiyac duyur. Düzdür, son illərdə aparılan siyasət nəticəsində artıq biz dünyada öz səsimizi çatdıra bilirik. Azərbaycan mediası dünya mediası müstəvisində özünəməxsus yer qazanıb. Amma bu, kifayət deyil. Çünki indiki sürətli texnologiyalar dövründə bir saniyə belə geri qalmaq artıq uduzmaq deməkdir. Bir saniyə öndə olmaq, yaxud daha da irəli getmək üçün böyük vəsaitlər xərcləməyə ehtiyac var. Ona görə də düşünürəm ki, hörmətli həmkarımız, deputat və eyni zamanda jurnalist həmkarımız Hikmət Babaoğlu düzgün məsələ qaldırır. Biz bu gün mətbuata, bütövlükdə mediaya daha az vəsait ayırmaqla nəyəsə qənaət etdiyimizi düşünə bilərik. Amma elə bir vəziyyət yarana bilər ki, xüsusilə də beynəlxalq müstəvidə həmin vəziyyəti aradan qaldırmaq üçün qat-qat artıq vəsait xərcləməli olaq. Ona görə də hazırlıqlı olmaq, daim formada qalmaq və öndə olmaq üçün mediaya daha çox vəsait ayrılması, məncə, daha düzgün seçim olardı”.

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı AZXEBER.COM-a bildirib ki, medianın vəziyyəti elədir ki, ona nə qədər vəsait ayrılsa da, yenə də az olacaq:

"Medianın vəziyyəti elədir ki, ona nə qədər vəsait ayrılsa da, yenə də az olacaq. Bu, dövlət yardımının bir formasıdır. Hökumət mediaya müəyyən qədər dəstək göstərir. Medianın gəlir əldə etməsi üçün digər mənbələr də var. Bunlara reklam, sponsorluq və digər gəlir mənbələri daxildir. Medianın özünü maliyyələşdirə bilməsi üçün bu cür mənbələrə malik olması vacibdir. Bizdə reklam bazarı məhdud və kasaddır. Azad bazar şəraitində isə belə mənbələr daha çox olur. Azərbaycanda qəzetlərin fəaliyyət göstərdiyi dövrdə xarici şirkətlər və güclü iqtisadi subyektlər mediaya reklam verirdilər. Banklar bu işdə müəyyən rol oynayır, biznes qurumları isə mediada reklam yerləşdirirdilər. Bunlar reallıqdır. İndi isə həmin imkanlar nisbətən məhdudlaşıb. Bununla belə, dövlət mediaya yardım edir və öz gücü, imkanları daxilində vəsait ayırır. Görünür ki, media subyektlərimiz ayrılmış vəsait çərçivəsində fəaliyyət göstərməli olacaqlar. Əlbəttə, belə bir tövsiyə vermək olar ki, azad media fəaliyyət göstərsin, onun açıq və şəffaf gəlir mənbələri olsun. Bu halda medianın fərqli formatda maliyyələşdirilməsindən danışmaq mümkündür. Lakin indiki reallıq bir qədər fərqlidir”.
 
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "informasiya və kommunikasuya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

Fəridə Əsədzadə

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
15:41 17.11.2026
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
Mediaya ayrılan pul 10,2 milyon manat azaldılıb: “Qənaət etmək düzgün deyil”
15:35 17.11.2026
Mediaya ayrılan pul 10,2 milyon manat azaldılıb: “Qənaət etmək düzgün deyil”
Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu
15:35 17.11.2026
Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu
Azərbaycan dilində “danışmaqxana” sözü var? - AÇIQLAMA
15:24 17.11.2026
Azərbaycan dilində “danışmaqxana” sözü var? - AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək
14:52 17.11.2026
Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
14:39 17.11.2026
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
13:42 17.11.2026
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
13:28 17.11.2026
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
13:20 17.11.2026
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
13:11 17.11.2026
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
13:08 17.11.2026
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi