Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı

Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
DÜNYA
13:42 17.11.2026
55
Rusiyanın qanunsuz ilhaq etdiyi Krımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə yenidən hücum etdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aksyonov sosial media hesabında paylaşım edərək körpüdə nəqliyyatın hərəkətinin dayandırıldığını bildirib.

O, Krım sakinlərini körpü üzərindən səfər etməkdən çəkinməyə çağırıb.

Rusiya İstintaq Komitəsindən verilən açıqlamada hadisə ilə bağlı "terror aktı” maddəsi üzrə araşdırmaya başlanıldığı bildirilib.

Rusiya Baş nazirinin müavini Marat Xusnullin hücumdan sonra hökumət komissiyası ilə iclas keçirib. Görüşdə Krım körpüsündə yaranmış zərərin aradan qaldırılması məsələləri müzakirə olunub.

Kremlin sözçüsü Dmitri Peskov isə Moskvada jurnalistlərə açıqlamasında Xusnullinin körpüdəki vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verdiyini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR