Qara dənizdə Bolqarıstanın müstəsna iqtisadi zonasında "GAS HUSKY” adlı qaz daşıyan gəmi batıb, ekipaj üzvlərinin xilas edilməsi istiqamətində əməliyyat davam edir.
Bu barədə "Maritime.bg” ixtisaslaşmış dənizçilik portalı məlumat yayıb.
Məlumata görə, gəmi ötən gecə radarlardan itib. Bu gün səhər isə gəmidən siqnalı daxil olub.
Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi sahildən təxminən 50 dəniz mili məsafədə içərisində insanların olduğu xilasedici sal aşkarlayıb.
Hadisə rayonuna helikopterlər göndərilib. Ekipaj üzvlərinin xilas edilməsi əməliyyatı davam etdirilir.











































