Milli Məclisin plenar iclasında deputat Səyyad Aranın çıxışı zamanı işlətdiyi "danışmaqxana” ifadəsi müzakirələrə səbəb olub.
Deputat parlamentdə çıxış müddətinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etiraz edərək Milli Məclisin danışmaqxana olduğunu bildirib.
Spiker Sahibə Qafarova isə bu ifadəyə irad bildirərək parlament etikasına və leksikasına uyğun danışmağın vacibliyini vurğulayıb.
Maraqlıdır, Azərbaycan dilində Milli Məclis deputatının səsləndirdiyi "danışmaqxana” sözü varmı? Bu ifadə dilimizin söz yaradıcılığı qaydalarına uyğundurmu?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən dilçi Təranə Şükürova Azərbaycan dilində belə bir sözün olmadığını bildirib:
"”Xana” şəkilçisinin alınma şəkilçisi olduğunu bilirik. Dilimizdə söz yaratma prosesində iştirak edir, bir sıra sözlər yaradıb. Amma "danışmaqxana” sözü Azərbaycan dilində yoxdur, heç orfoqrafiya lüğətində də rastımıza çıxmayıb”.
Fəridə Əsədzadə











































