İlham Əliyev Ərdoğanla danışdı

İlham Əliyev Ərdoğanla danışdı
Siyasət
22:51 20.09.2023
208
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə dövlət başçısı Azərbaycan Prezidentindən Qarabağdakı son vəziyyətlə bağlı məlumat alıb.

"Ərdoğan bir daha İlham Əliyevə Türkiyənin Azərbaycana ürəkdən dəstəyini ifadə edib. Görüş zamanı iki lider ölkələrini yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR