İlham Əliyev könüllü qəhrəmanımıza fəxri adlar verdi

İlham Əliyev könüllü qəhrəmanımıza fəxri adlar verdi
SOSİAL
16:13 24.06.2021
1638
Ayaz Əfəndiyev Vətən müharibəsinin ilk könüllülərindədir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün hərbi qulluqçuların təltif olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup hərbçimiz  Şuşanın, Xocavəndin, Suqovuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Füzulinin, Cəbrayılın və Zəngilanın azad olunmasında xidmətlərinə görə, təltif olunublar.

Təltif olunanların arasında Vətən müharibəsinin ilk könüllü döyüşçülərindən olan – Ayaz Rakib oğlu Əfəndiyev də yer alıb.  Prezidentin sərəncamı ilə Ayaz Əfəndiyev "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilib.

Xatırladaq ki, A.Əfəndiyev Bakıda anadan olub və Azərbaycan Texniki Universitetin məzunudur. Ziyalı ailəsində böyüyüb boya-başa çatan Ayazın atası tanınmış riyaziyyatçı alim, Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyevdir.

Ayaz ağır döyüşlər zamanı çoxlu sayda əsgər yoldaşını ölümün pəncəsindən xilas edib. Dəfələrlə ölümlə üz-üzə qalsa da, möcüzə nəticəsində həyatda qalıb. Vətən müharibəsi başladığı ilk günlərdən müharibəyə yollanan ilk könüllü döyüşçülərdən olub. 

Ayazı təbrik edir, onun timsalında vətən qoxuyan bütün qəhrəmanlarımızı təbrik edirik!
OXŞAR XƏBƏRLƏR