İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

SİYASƏT
10:04 01.12.2014
800
Prezident İlham Əliyev Rumıniya Respublikasının prezidenti Trayan Beseskunya təbrik məktubu ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə, ölkə başçısı təbrik məktubunda Rumıniya Respublikasının milli bayramı – Birlik günü münasibətilə bütün Ruminya xalqını səmimi qəlbdən təbrik edib:"Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcək.
OXŞAR XƏBƏRLƏR