İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimlərdir?

İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimlərdir?
SOSİAL
15:39 27.09.2021
1432
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur. Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin ötən il dekabrın 9-da imzaladığı sərəncamı ilə, ona ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə, o, ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz isə 10 aylıq Narin Teymur qızı Xalıqovadır. Narin Xalıqova ötən il oktyabrın 17-də erməni silahlı birləşmələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhid olub. N.Xalıqova ilə yanaşı, anası Sevil Xalıqova da həmin hücumda həyatını itirənlərdəndir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb