İlhamə Natavana 2 ay öncə "qızım" deyirdi, indi isə "erməni" - VİDEO

MAQAZİN
14:15 03.06.2014
5001
Xalq artisti İlhamə Quliyeva ilə gənc müğənni Natavan Həbibi arasında gərginlik pik həddə çatıb.
AZXEBER.COM xəbər verir ki, Natavanın tədbirlərin birində İlhamə Quliyevaya salam verməməsi müğənninin özündən çıxarıb. Natanın bu hərəkətini tərbiyəsizlik adlandıran İlhamə Quliyevanın mətbuat katibi mediaya maraqlı açıqlama verib:
Hər bir müsəlman üçün salam müqəddəsdir. Çünki salam Allahın adıdır. Amma vurğulayıram: Hər bir müsəlman üçün... Odur ki, biz Natavan Həbibidən incimirik. Çünki tərbiyəsi, mədəniyyəti, kübarlığı olan bir insan səhv edəndə ondan küsər, düz yol göstərər və bağışlayarlar. O şəxsin qabında bunların heç biri yoxdursa, ondan nə küsürük, nə də inciyirik.
Böyük sənətkar İlhamə xanımın kölgəsində oturub özünü sənətçi hesab edən Natavan Həbibinin başı çox tez gicəlləndi. Görünür İlhamə xanımın hələ də öz yerini sənət aləmində tapa bilməyən gənc müğənniyə göstərdiyi mərhəməti onu tez çaşdırdı. Və bir vaxtlar İlhamə xanım jest edərək “prinsessa” adlandırdığı Natavan, nəinki bu statusunu qoruya bilmədi, hətta bu statusa yaraşmayan hərəkətlər etdi. Və onun ATV kanalının məşhur “Onlar” verilişinə verdiyi müsahibə isə Natavan Həbibinin yaddaşında problemlər olduğunu aşkara çıxardı. Yəqin ki, bu da onun çox maraqsız və uğursuz keçən konsertindən sonra yaşadığı stresin nəticəsidir. Bu stress Natavan Həbibiyə çox şeyi unutdura bilər, amma xalqın gözü tərəzidir. Fəxrlə “mən prinsessayam” deyən Natavan Həbibi onun üçün çox böyük şərəf olan “prinsessa” statusunu daşımır. İlhamə xanım onu bu statusdan məhrum etdi. Çünki İlhamə xanımın sənət aləmində parlamaq istəyən, lakin heç bir vəchlə buna müvəffəq ola bilməyən Natavan Həbibiyə göstərdiyi diqqət, ona arxa-dayaq olması özünü doğrultmadı. Bu gün Natavan Həbibi sənət aləmində təkdir, elə həyatda olduğu kimi. Hesab edirik ki, Natavanın şəxsi arxivi araşdırılsa, bu, tamaşaçılar üçün onun sənətindən daha maraqlı ola bilər. Çünki fikrimizcə, bu arxivdə təəccübləndirəcək çox şeylər var...Bu açıqlamada ən çox diqqət çəkən məqam İlhamə Quliyevanın müsəlmanlığına şübhə ilə yanaşmasıdır. 
Qeyd edək ki, bir müddət öncə də Aygün Kazımova Natavanın "erməni" olduğunu demişdi. Belə olan təqdirdə maraqlıdır ki, görəsən İlhamə Quliyeva müsəlman olduğuna şübhə ilə yanaşdığı Natavana nəyə görə 1 ay öncə "qızım" deyə müraciət edib, onu göylərə qaldırırdı.
Hər halda Natavan oğlan uşağı deyil ki, bir aya və bir günə müsəlman olsun...
İlhamə Quliyevanın Natavana titul verdiyi və onu göylərə qaldırdığı süjeti təqdim edir:Altay Qorxmaz
OXŞAR XƏBƏRLƏR