İlhamə Quliyeva: "Aramızda ermənilər var"

MƏDƏNİYYƏT
17:40 09.06.2014
1869
Xalq artisti İlhamə Quliyeva Azərbaycanın erməni sənətçilərinə danışdı.ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Adam içində" proqramının qonağı olnan xalq artisti ölkəmizdə yetərincə erməni sənətçinin olduğunu bildirib:"Əvvəllər hara baxırdıqsa erməni görürdük. Elə indi də aramızdadırlar. Mədəniyyət adamlarının arasında da az deyil. Bəli, aramızda ermənilər var. Bizim çörəyimizi yeyirlər. Qoy yaşasınlar. Biz bu gün də Azərbaycanda yaşayan ermənilərə sığal çəkirik. Qoy olsun, onlar ömrü boyu bizə, bizim mədəniyyətimizə möhtac olublar".İlhamə Quliyeva Azərbaycanda yaşadıqdan sonra Rusiyaya köçən müğənni İrina Alleqrovanın Bakıda konsert verməsindən qəzəbləndiyini və o sənətçini Bakıya gətirənləri qınadı.

OXŞAR XƏBƏRLƏR