İlhamə Quliyeva Aygünlə Brilliantın davasından danışdı: 'Müğənninin ağzına xiyar alması ...'

MAQAZİN
14:30 24.06.2013
11456
“Müğənninin ağzına xiyar alması, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı?”“Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun xalq artistləri Brilliant Dadaşova ilə Aygün Kazımova arasında baş verən və heç bir əxlaq normasına sığmayan dava-dalaşa reaksiyasını oxudum. Millət vəkilinin mövqeyini dəstəkləyirəm və istərdim ki, parlament belə halların gələcəkdə təkar olunmamasına görə cəzalar qəbul etsin. Adamlar onlara verilən fəxri adların məsuliuyyətini dərk etməli və özlərini həmin ada uyğun şəkildə aparmalıdırlar. Mən Nizami Cəfərovun dediklərindən yaxşı mənada şoka düşmüşəm” . 
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın xalq artisti İlhamə Quliyeva bildirib. İlhamə xanım neçə gündən bəri təəssüflə izlədiyi sözügedən qalmaqala nəhayət ki, Nizami Cəfərov səviyyəsində münasibət bildirilməsini alqışladığını deyib.

Onun sözlərinə görə, bu cür biabırçılığa susmaq, həmin xalq artistilərini cəzasız buraxmaq gələcəkdə baş verən qarşılıqlı hörmətsizliklərin adi hala çeviriləcəyinə imkan yaradacaq.İlhamə xanım bildirib ki, özünə hörmət edən sənətçi onun kimi heç vaxt imkan verməz ki, nə sənət, nə də fəxri ad aşağılansın: “Bu biabırçılığın qarşısı təcili şəkildə alınmalıdır. Bir iki nəfər cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Brilliant Dadaşova deyir ki, “yekə arvaddır” getsin öz işi ilə məşğul olsun. Guya özü uşaqdır? Ayıbdır ümumuiyyətlə, “yekə arvad” sözünü agıza almaq. Və yaxud Aygün Kazımova, bu nə hərəkətlərdir edir? Axı bu adamların hər ikisinə dövlət ən yüksək fəxri ad verib. Heç olmasa bu ada hörmət eləsinlər. Müğənninin ağzına xiyar alması, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı? Belələrindən fəxri ad alınmalıdır ki, digərlərin də görk olsun. Gör cəzasızlıq hansı vəziyyətə gətirib ki, bu iki insan bir-birlərini bütün cəmiyyətin qarşısında açıq-aşkar şəkildə təhqir edirlər. Dövlət onları yerlərində otuzdurmasa, sabah bundan da betər hərəkətlər görəcəyik. Bu başqa sözlə, harınlığın, qudurğanlığın əlamətləridir”.Xanım Quliyeva deyib ki, hər iki sənətçinin atdığı addımlar digər tərəfdən də Azərbaycan qadını adına ləkədir. Eyni zamanda qarşıdan böyük bir dövlət hadisəsinin yaxınlaşdığını deyən İlhamə xanım onlara tövsiyələrini də verib: “Bütün dünyanın gözü Azərbaycandadır. Mən özümü bu dövlətin əsgəri kimi hiss edirəm. Və qarşıdan gələn prezident seçksində bütün varlığımla cənab prezidentin təbliğatı kampaniyasında iştirak edəcəyəm. Digər sənətçilərə də məsləhətim odur ki, ciddi olsunlar” .

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?