Çili xarici işlər naziri: Türkiyə Yaxın Şərqdə açar rol oynaya bilər

DÜNYA
12:18 24.09.2024
117
Çilinin xarici işlər naziri Alberto van Klaveren Türkiyə Yaxın Şərqdə gərginliyin artmasında konstruktiv rol oynaya biləcəyini deyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Van Klaveren Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıb.

Ölkəsində çoxlu fələstinli olduğuna diqqət çəkən van Klaveren, İsrail-Qəzza münaqişəsini yaxından izlədiklərini bildirib.

Van Klaveren Yaxın Şərqdə gərginliyin artması ilə bağlı dərin narahatlığını ifadə edib və "Türkiyə regionda sabitliyin təmin edilməsində konstruktiv rol oynaya bilər” deyib.

Qəzzada dərhal atəşkəs elan edilməsinə çağıran, daha çox qan tökülməsinin qarşısının alınmasının təcili ehtiyac olduğunu vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR