"Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir"

"Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir"
İQTİSADİYYAT
11:03 21.04.2020
1353
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.

AZXEBER.COM xəbər verir ki, rüb sonunda Bankın aktivləri 895.341 milyon manat təşkil edib.

Bu ilin birinci rübünün sonunda Bankın xalis kredit portfeli 532.401 milyona bərabər olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın məcmu portfeli 604.053 milyon manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin birinci rübündə kreditlərin 97.6%-i manatla verilib.

2020-ci ilin birinci rübü ərzində "AccessBank” 124.716 milyon manat məbləğində kredit verib və bu, ötən ilin birinci rübü ilə müqayisədə 26,472 milyon manat çoxdur. Bankın hər ay verdiyi kreditlərin 50%-dən artıq hissəsi və bütün mikro kreditlərin 35%-i kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.

Mart ayının sonuna Bankın əmanət portfeli 588.351 milyon manat təşkil edib.

2020-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 15.261 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur.

2020-ci ilin birinci rübündə Bankın xalis mənfəəti 2.475 milyon manat olub.

Hazırda Bankın məcmu kapitalı 79.411 milyon manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29.411 milyon manat çoxdur.

Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 50.98% təşkil edib, bu isə normadan (30%) təxminən 1.7 dəfə artıqdır.

Mikrokreditləşmə bazarının lideri olan "AccessBank”ın səhmdarları ötən il ölkə bazarında ən böyük təkrar kapitallaşmanı həyata keçiriblər. Bu gün Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər xarici maliyyə institutları və investisiya fondları var.

"AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci rübün maliyyə nəticələrini şərh edib:"İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir. Biz başa düşürük ki, bankımızın inkişafı bilavasitə iqtisadi sabitlikdən və müştərilərimizin əminliyindən asılıdır. Güclü müştəri güclü bank və eyni zamanda, bütünlüklə güclü maliyyə sektorи deməkdir. Buna görə də "AccessBank”ın işinin əsas məqsədi mikro, kiçik və orta biznesi dəstəkləməkdən ibarətdir, çünki onların inkişafı Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir. Çox güman ki, gələn rüb bazar üçün çətin dövr olacaq, amma biz əminik ki, müştərilərimizlə birlikdə bütün

çətinliklərin öhdəsindən gələcəyik. Biz, uğurları ilə qürur duyduğumuz müştərilərimizi dəstəkləməkdə davam edəcəyik.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR