İlkin Həsəni üzr istədi, Əli Mirəliyev bağışladı - FOTO

MAQAZİN
12:30 19.03.2013
7431
Tanınmış teleaparıcı İlkin Həsəninin sosial şəbəkədə paylaşdığı şəkil müzakirəyə səbəb olub. AZXEBER.COM-un məlumatına görə, o müğənni Əli Mirəliyevlə fotosunu paylaşıb. Şəkildə isə teleaparıcı müğənniyə buynuz tutub. Şəkil "facebook" səhifələrində və bir neçə saytda yayılandan sonra İlkin Həsəni fotonu pozub və məsələyə aydınlıq gətirib: "Bir neçə saat bundan əvvəl Əli Mirəliyevlə bağlı foto paylaşmışdım, əslində foto təsadüf nəticəsində belə alınmışdı, mənim barmaqla victory (V) göstərməyim Əli Mirəliyevin başında çatladı! Fotonu isə fotoaparatın ekranından çəkib göndərmişdilər və sonra onu mən paylaşdım, bu haqda nə Əli Mirəliyev, nə də başqaları mənə heç nə deməyib,Vallah! Sadəcə paylaşmağımı düzgün hesab etməyib,buradan üzr istəyirəm, bir səhv etdim! Elə bildim gülməli alınacaq, amma tərbiyyəsizlik kimi çıxdı! P.S. facebook səhifələrində bu fotonu müzakirə etməyi bacarmayıb, məsələdən agah olmayıb tərbiyyəsizlik edən virtual “cəngavər”ləri də buradan öpürəm, bağrıma basıram!”Tanınmış müğənni Əli Mirəliyev də məsələyə münasibət bildirib: “İlkin heç bir zaman belə bir iş tutmaz. O, özü mənə səhər zəng elədi, dedi ki, şəkil montajdı, inanmayın”. Ə.Mirəliyev İ.Həsəninin şəkillə bağlı mətbuatda verdiyi açıqlamanı biləndən sonra isə heç də halını pozmayıb. “O, deyir ki, mənə arxadan buynuzu zarafatca qoyub? Eybi yox, canı sağ olsun! Onsuz da mən belə şeylərdən inciyən adam deyiləm”.AZXEBER.COM qalmaqala səbəb olan fotonu təqdim edir: 

OXŞAR XƏBƏRLƏR