İmişlidə 280 abonentin qaz təminatı dayandırılıb.
Bu barədə AZXEBER.COM-a Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilir ki, bu, rayonun Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.
Qeyd edilib ki, təmir işləri 19.05.2025-ci il saat 18:40-dan etibarən başlayıb.