İmsaka hazırlaşan kişi qəfil vəfat etdi

İmsaka hazırlaşan kişi qəfil vəfat etdi
DÜNYA
11:35 11.03.2024
141
Ramazan ayının ilk namazını qılmaq üçün məscidə gedən 64 yaşlı kişi namaza dəqiqələr qalmış infarkt keçirərək dünyasını dəyişib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərinin Sultanqazi ərazisində baş verib. Əldə edilən məlumata görə, Ramazan ayının ilk təravih namazını qılmaq üçün uşaqları ilə birlikdə məscidə gedən 64 yaşlı Ömər Başar namaza hazırlaşarkən qəfil yerə yıxılıb.  

İmamın xəbəri ilə hadisə yerinə gələn təcili yardım qrupları tərəfindən ona məscid daxilində ilkin tibbi yardım göstərilib.  

 Vəziyyəti ağır olan Başar daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 

Burada edilən bütün müdaxilələrə baxmayaraq Başarın həyatını itirdiyi öyrənilib. 

Oksana
OXŞAR XƏBƏRLƏR