Çində beyin əməliyyatı zamanı zəlzələyə yaxalandılar - VİDEO

Çində beyin əməliyyatı zamanı zəlzələyə yaxalandılar - VİDEO
DÜNYA
12:14 24.01.2024
172
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində beyin əməliyyatı zamanı yaxalanan həkimlər əməliyyata davam ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin Qırğızıstan sərhədində Sincan Uyğur Muxtar Bölgəsinin Vuşi rayonunda baş verən 7,1 bal gücündə zəlzələ zamanı Sincan Alar Xəstəxanasının bir qrup həkimi beyin əməliyyatı zamanı yaxalanıb.

Həkimlər zəlzələyə baxmayaraq əməliyyatı davam etdiriblər.

Beyin cərrahı An Şufang deyib:

"Zəlzələ zamanı ağır vəziyyətdə olan bir xəstəyə təcili əməliyyat edirdik. Əməliyyat zamanı zəlzələ oldu. O vaxt zəlzələ güclü idi, əməliyyat yatağımız da titrəyirdi. Çox düşünmədik və əməliyyatı başa çatdırmağa cəmləşdik”.

Ayşən
OXŞAR XƏBƏRLƏR