Texnologiya nəhənglərindən biri olan "Apple” şirkəti Çində ən çox satılan smartfon istehsalçısı titulunu itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yeni hesabata görə, "Apple"nin Çində iPhone satışları 2024-cü ilin ilk altı həftəsində 24 faiz azalıb.
2023-cü ildə Apple Çin bazarının 19 faizinə sahib idisə, indi bu, 15.7 faizə düşüb.
Yayımlanan hesabata görə, Çin çoxmillətli texnologiya şirkəti olan Vivo hazırda Çində ən çox satılan smartfon istehsalçısıdır. Vivo-dan sonra Huawei, Honor və Apple gəlir.
Mikayıl