İndi əmanətindən gəlir əldə etmək istəyənlər daha faydalı əmanət faizlərindən faydalana biləcəklər
Bu gündən etibarən Bank Respublika fiziki şəxslərin manat və ABŞ dolları ilə yerləşdirilən müddətli əmanətləri üzrə faiz dərəcələrini artırdı.
Beləki, milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 12 aydan sonra çıxarıldığı təqdirdə illik 8%-dən 9 %-ə qaldırıldı. 24 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda isə faiz dərəcəsi illik 10.5 % təşkil edəcək.