İndoneziyada avtobus aşdı, 2 nəfər ölüb, 16 nəfər yaralanıb

İndoneziyada avtobus aşdı, 2 nəfər ölüb, 16 nəfər yaralanıb
DÜNYA
22:26 21.01.2024
288
İndoneziyanın Mərkəzi Yava əyalətində avtobusun şosedən çıxaraq aşması nəticəsində azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Çinin "Sinhua” agentliyi məlumat yayıb.

Qəza yerli vaxtla saat 12:30 radələrində Pemalanq bölgəsində baş verib.

Yerli polis sözçüsü Cakartadan Semaranqa gedən avtobusda ümumilikdə 26 nəfərin olduğunu açıqlayıb.

Polisin məlumatına əsasən, qəzada digər avtomobillər iştirak etməyib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
OXŞAR XƏBƏRLƏR