İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı

İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
DÜNYA
11:43 11.03.2024
106
İndoneziyanın Sumatra adasında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ən az 21 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, itkin düşən 6 nəfərin axtarışları davam edir.

Səlahiyyətlilər daşqın nəticəsində ən azı 2 nəfərin yaralandığını təsdiqləyib və itkin düşən 6 nəfərin axtarışlarının davam etdiyini bildirib.

80 mindən çox insanın müvəqqəti sığınacaqlara təxliyyə edildiyi açıqlanıb. Qərbi Sumatra əyalətinin 9 rayon və şəhərində təxminən 20 min evin damına qədər su altında qaldığı bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR