Burnleydəki qəbirstanlıqdakı müsəlman məzarları dağıdılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə artan gərginliyin son nümunəsi müsəlman qəbirstanlığının dağıdılması və məzar daşlarının boyanması oldu. Hadisə nifrət cinayəti sayılır və araşdırılır.
Lancashire polisi dünən günortadan sonra Burnley qəbiristanlığında üç müsəlman baş daşının boya ilə örtülməsindən sonra araşdırmaya başlayıb.
Bələdiyyə sədri Əfrasiab Ənvər bu "şeytani" hərəkəti pisləyib və bildirib ki, məqsəd "irqi gərginlik yaratmaq"dır.
Terrorla mübarizə idarəsinin keçmiş rəisi hadisələrin terror həddinə çatdığını deyib. Səlahiyyətlilər sosial şəbəkələrdəki saxta xəbərlərin zorakılığı artırdığını və ehtiyat tədbirlərinə çağırıldığını bildirib.
Son günlər ifrat sağçılar səbəbiylə qarışıqlıq yaşayan ölkədə bir həftə ərzində 400-dən çox adam həbs edilib.
Gülay