İngiltərəli məşhur jurnalist Qəbələnin gözəlliyindən yazdı - FOTOLAR

İngiltərəli məşhur jurnalist Qəbələnin gözəlliyindən yazdı - FOTOLAR
DÜNYA
08:50 27.12.2012
1404
Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan “Ən yaxşı jurnalist” adına layiq görülmüş Pol Stilin ölkəmizə növbəti səfərinin təəssüratları ilə bağlı daha bir məqaləsi yerləşdirilib.“Azərbaycan-Beşulduzlu Qəbələ” sərlövhəli məqaləsində müəllif yazır ki, zəngin mədəniyyəti, gözəl təbiəti, füsunkar mənzərələri ilə insanı valeh edən Qəbələ Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərə səyahət edərkən məndə yaranan təəssüratları oxucularla bölüşmək istəyirəm.Pol Stil yazır: “Məni tanıyanlar yaxşı bilirlər ki, çətin səyahətlərə və gəzdiyim yerlərdə otellərdə deyil, əsasən çadırlarda qalmağa daha çox üstünlük verirəm. Lakin heyranı olduğum bir ölkədə - Azərbaycanda çadırda qalmaq fikrindən daşındım. Buna səbəb isə Qəbələdəki beşulduzlu otellərin həqiqətən də çox gözəl və rahat olması idi. Mən burada yüksək səviyyəli qonaqpərvərliyin, səmimiliyin şahidi oldum. Xidmət də yüksək səviyyədə idi. Çox böyük məmnuniyyətlə aylarla burada qalardım.Qaldığım “Qafqaz Resort” otelinin eyvanından Rusiya sərhədinə doğru uzanan dağların gözəl mənzərəsini söz ilə ifadə etmək mümkün deyildir. Mən bu dağları çox sevdim. Hazırda orada nəhəng xizək kurortu yaradılır. Tikintini əks etdirən planla tanış olduqdan sonra belə qərara gəldim ki, nə zamansa xizək sürmək üçün mütləq bir daha Qəbələyə qayıdacağam.Onu da deməliyəm ki, Azərbaycana səfər edən ictimai-siyasi, mədəniyyət xadimlərinin əksəriyyəti Qəbələdə olurlar. Bu yaxınlarda dünya şöhrətli aktyor Jerar Depardye də Qəbələdə olub, bu şəhərin gözəlliyinə heyran qaldığını bildirib”.Səyahət zamanı Qəbələnin daha bir möhtəşəm beşulduzlu oteli - “Riverside Hotel”də də qaldım. Buradakı ləzzətli təamların - dadlı pendirin, yağın, şorbanın, hind toyuğu və quzu ətindən hazırlanmış yeməklərin, təzə nar şirəsinin dadı hələ də damağımda qalıb.Müəllif qeyd edir ki, Azərbaycanda idman, xüsusilə də futbol çox sevilir. İdmanın bu növünə Qəbələdə də böyük maraq var.Pol Stil yazır: “Qəbələdə insanı məftun edən yerlərdən biri də dağlar arasında yerləşən gözəl göldür. Bir sözlə, burada gəzdiyim hər yer məni məftun etdi. Mən qışda burada gördüklərimdən çox böyük zövq aldım. Şübhəsiz ki, ilin digər fəsillərində, xüsusilə yayda Qəbələ daha gözəl olur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar