Çin vətəndaşlarının ən sevimli içkisi qaynar sudur.
AZXEBER.COM xəbər verir ki, yay-qış termosda isti su daşıyan çinlilər sağlamlıq məsələsində çox həssasdırlar.
Çinlilər həmişə yanlarında stəkan tipli termoslarda isti su və çay aparırlar. Qışın soyuq günlərində, hətta yay istisində belə həmişə isti su içirlər. Bir çox çinli yemək gəlməmiş bir stəkan isti suyu bitirir. Təbii ki, bunun bir səbəbi var. Çinlilərin fikrincə, yeməkdən əvvəl qaynar su içmək həzmi asanlaşdırır. Elmi sübutu olmasa da, yeməkdən əvvəl qaynar su içməyin bunun üçün faydalı olduğuna inanılır.
Qaynar su içməklə bəlğəm əriyir və bədəndən daha asan çıxarılır. Bu, boğazı sakitləşdirir və burun tutulmasını aradan qaldırır. Bundan başqa isti su qarın əzələlərinə sakitləşdirici təsiri müxtəlif sancılar və spazmları, xüsusən də menstrual ağrıları azaldır. İsti su saç köklərindəki sinir uclarına enerji verir, nəticədə saçlar yumşaq və parlaq olur.
Ayşən