"İnnovasiyalarla ayaqlaşa bilmişik" -“AccessBank”ın İcraçı direktoru

"İnnovasiyalarla ayaqlaşa bilmişik" -“AccessBank”ın İcraçı direktoru
İQTİSADİYYAT
15:40 17.04.2018
5810

"Milli iqtisadiyyata dair Strateji Yol Xəritəsinə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq".

 

Bunu ilə "Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda "MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”nda  "AccessBank”ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova deyib.

 

O bildirib ki, proqnozlara görə, 2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron kommersiya (ticarət)" kimi xidmətlərlə təmin olunacaq.

 

"Başqa sözlə, dövlət idarəetməsinin rəqəmsallaşması biznesin aparılması nöqteyi-nəzərdən şəffaflığı və effektivliyi artıracaq. Elektron xidmətlərin genişləndirilməsi Azərbaycanda biznes mühitinin beynəlxalq səviyyəyə qalxmasına zəmin yaradacaq. Bu baxımdan qeyd etmək istərdim ki, dövlət qurumları bu istiqamətdə bir sıra addımlar atıblar. Nağdsız əməliyyatların aparılması sahəsində qanunvericiliyə edilən sonuncu dəyişikliklər  bunun bariz nümunəsidir. Belə ki, hüquqi şəxslər və digərləri öz fəaliyyətini bank hesabları üzərindən həyata keçirir. Nağdsız ödənişlərin əsasən onlayn bankçılıq fəaliyyəti ilə bağlı olmasını nəzərə alsaq, biz rəqəmsallaşma üzərində köklənməliyik”, - deyə S.Qurbanova vurğulayıb.

 

İcraçı direktor əlavə edib ki, banklar müştəri bazasını qorumaq üçün onlayn kanalların keyfiyyətini artırmalıdır. "Müştərilərin maliyyə savadlılığı və tələbləri sürətlə artır ki, bu da bankların daha çevik olmalarını tələb edir”, - deyə bankir vurğulayıb.

 

S.Qurbanova əlavə edib ki, banklar müştərilər üçün özünəxidmət imkanlarını genişləndirir və bu, vəsaitlərin qənaət olunmasına səbəb olur: "Bu məsələyə bir neçə yanaşma mövcuddur. "McKinsey" şirkətinin təqdim etdiyi rəqəmlərə əsasən, rəqəmsal kanallarla aparılan tranzaksiyaların maya dəyəri ənənəvi bank xidmətərinin maya dəyərindən 20-25% azdır. Hərçənd, vətəndaşların hamısı onlayn servislərə açıq deyil, buna baxmayaraq, nağdsız ödənişlərin rahatlığı və təhlükəsizliyi müştərilərin onlayn bankçılığa keçidini sürətləndirəcək”.

 

"AccessBank”a gəlincə, icraçı direktorun sözlərinə görə, adıçəkilən bank İT infrastrukturunun  inkişafı üçün vaxtında yatırım edib və bunun hesabına bank sektorundakı innovasiyalarla ayaqlaşa bilir: "Hazırda "AccessBank” rəqəmsal bankçılıq sahəsində aparıcı banklardan biridir və müştərilərə müxtəlif innovativ həllər təklif edir. Bu cür həllərdən biri də "myAccess” internet və mobil bankçılıq platformasıdır. Qeyd edim ki, hazırda "myAccess” və filiallarımızı birgə götürsək, tranzaksiyaların 70%-dən çoxu internet üzərindən aparılır. Biz müştərilərimizin vaxtını və rahatlığını yüksək qiymətləndiririk. Bunu  nəzərə alaraq, müştərilərə təqdim olunan rəqəmsal xidmətlərin genişləndirilməsi "AccessBank” üçün prioritet olaraq qalacaq”.

 

Bank rəsmisi vurğulayıb ki, gələcəkdə bank sektorunda rəqəmsallaşma prosesinin sürətləndirilməsi səbəbindən banklar filial şəbəkəsini də genişləndirməyəcək. "Belə ki, onlar coğrafi genişlənməni rəqəmsal kanallar üzərindən həyata keçirəcək. Dünya Bankının statistikasına əsasən, Azərbaycanda internetdən istifadə səviyyəsi 80%-ə yaxındır  və bu göstərici ilə ölkəmiz regionun lideridir”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, konfransda banklar və maliyyə texnologiyaları, elektron ticarətdə müasir ödəniş sistemlərindən istifadə, autentifikasiyanın yeni üsulları, banklarda İT təhlükəsizliyin müasir həlləri mövzusunda müzakirələr aparılacaq.

 

Xatırladaq ki, İki gün davam edəcək tədbirin bank sponsoru "AccessBank”dır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
13:31 24.09.2025
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
13:29 24.09.2025
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
"Qız anası olmaq istəyirəm" - Nəfəs
13:01 24.09.2025
"Qız anası olmaq istəyirəm" - Nəfəs
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
12:57 24.09.2025
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
İlhamə Elşadqızına hökm oxundu
12:56 24.09.2025
İlhamə Elşadqızına hökm oxundu