İntelektual gənclərimiz ‘Asiya kuboku’ndan 4 medalla qayıtdı

İDMAN
11:01 24.04.2012
1516

“Asiya kuboku” dan bir qızıl, bir gümüş və iki bürünc medal Azərbaycanlı intellektulallardan gəldi

Gənclər və İdman nazirliyinin mərbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, aprelin 18-20-də Daşkənd şəhərində İntellektual oyunlar üzrə 2-ci açıq “Asiya kuboku” keçirildi.Faiq Hüseynov və Balaş Qasımovun komandaları bu yarışlardan vətənəmedallarla qayıdıblar. “Nə? Nə vaxt? Harada?” oyununda Faiq Hüseynovun komandası ikinci, Balaş Qasımovun komandası üçüncü oldu. Bunula yanaşı,“Breyn-rinq” oyunundaBalaş Qasımovun komandası üçüncü, “Xəmsə” Milli intellektual oyununda isə Faiq Hüseynovun komandası birinci yerə layiq görüldülər.

Milli intellektual oyun olan “Xəmsə” bu il ilk dəfə olaraq ölkədən kənarda keçirilən beynəlxalq turnirdə təmsil edildi. Yaxın vaxtlarda həmin oyun üzrə yarışlar Praqada “Gümüş qolem”və İsrailin Hayfa şəhərində “Znatokiada” beynəlxalq intellektual turnirlərin çərçivəsində də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR