Qeyd edək ki, oyuna çox böyük maraq var. Erməni icması Rusiyanın şimal paytaxtında yaşayan 80 min erməninin “İnter” – “Mika” oyununda erməni klubuna azarkeşlik etməsi üçün addımlar atır. AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlunun verdiyi məlumata görə, Futbol Qurumu Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğuna müraciət edib və azarkeşləri komandamıza dəstək verməyə çağırıb.