"İphone 16"nın kamerası ortaya çıxdı

MARAQLI
12:16 19.02.2024
280
"Apple" İphone 16 seriyası ilə smartfonlarında əhəmiyyətli bir dizayn dəyişikliyi edib.
 
AZXEBER.COM xəbər verir ki, illərdir üfüqi və ya düzbucaqlı şəkildə yerləşdirilmiş kameralara sahib olan şirkət İphone 16 modelləri ilə bunu dəyişəcək.
 
Mətbuata sızdırılan fotolarda İphone 16 modelinin kamerası ön plan çıxıb.

İddiaya görə, şirkət İphone 12 seriyasından sonra ilk dəfə şaquli yerləşdirilmiş kameralardan istifadə edəcək. Bu, Pro və düz modellər arasındakı dizayn fərqini artıracaq. 

Kameralarda şaquli tərtibata keçid Vision Pro-da istifadə olunan Spatial Video kimi təkmilləşdirmələrə imkan verə bilər. Hazırda iPhone 15 Pro ilə məhdudlaşan Spatial Video 3D video çəkmək üçün LiDAR skanerindən və dərinlik sensorlarından istifadə edir.

Analitiklər şaquli şəkildə yerləşdiriləcək kameraların Spatial Video və artırılmış reallıq xüsusiyyətlərini asanlaşdıracağını bildiriblər. 

Daha bir iddiaya əsasən, "Apple" kamera dizaynını Samsung Galaxy seriyasından İphone 16 seriyasına daşıyacaq.
  
Mikayıl

OXŞAR XƏBƏRLƏR