"İphone" cihazlarında casus proqramı aşkarlandı

"İphone" cihazlarında casus proqramı aşkarlandı
DÜNYA
13:37 08.09.2023
848
Kanadanın Toronto Universitetinə bağlı "Citizen Lab" rəqəmsal nəzarət orqanı şirkəti Apple cihazlarında yeni kəşf edilmiş bir casus proqramı tapdıqlarını açıqlayıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, tədqiqatçılar istifadəçilərin Apple cihazlarını yeniləməli olduğunu vurğulayıblar.

Şirkət öz açıqlamasında bildirib ki, ötən həftə Vaşinqtonda yerləşən qeyri-hökumət qrupunun əməkdaşının Apple cihazını araşdırarkən sözügedən zəifliyin cihazı NSO-nun Pegasus casus proqramları ilə yoluxdurmaq üçün istifadə edildiyini müəyyən edib.

Tədqiqatçılar təsirə məruz qalan şəxs və ya təşkilat haqqında əlavə təfərrüat verməyiblər.

Rəqəmsal nəzarət orqanı bildirib ki, qüsur iOS-un (16.6) ən son versiyası ilə işləyən iPhone-ları istifadəçinin heç bir əlaqəsi olmadan belə qaçırmağa imkan verir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR