İran Azərbaycandan çempion kimi qayıtdı

İDMAN
19:42 13.05.2012
1512
Bakıda keçirilən sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, meydan sahibi qismində döşək üzərinə çıxan Azərbaycan milli komandası “Sərhədçi” idman kompleksində keçirilən yarışın finalında İranla qarşılaşıb. Öz qrupunda Rusiya, Qazaxıstan və Bolqarıstanı 7:0, Belarusu 6:1 məğlub edən yığmamız I yer uğrunda həlledici görüşdə məğlub olub. Matçın taleyi 6-cı dueldə müəyyənləşib. Qalib gələn İran yığması sonuncu qarşılaşmanın nəticəsindən asılı olmayaraq Dünya Kubokuna yiyələnib – 4:3.

OXŞAR XƏBƏRLƏR