İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi

İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi
SOSİAL
14:44 26.02.2026
336

İran ötən gün Azərbaycanla sərhəd boyunca NOTAM (uçuş xəbərdarlığı) bildirişi yayıb. 

Bu barədə "Flightradar24” monitorinq resursunun sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

Bildiriş elanına səbəb qeyd olunan ərazidə yer səviyyəsindən 10.000 futa (təxminən 3050 metr) qədər yüksəklikdə pilotsuz uçuş aparatlarından (PUA) istifadədir. Həmin saatlarda bölgədə İslam İnqilab Keşikçiləri Korpusunun PUA-larının intensiv uçuşları qeydə alınıb. 

Qeyd edək ki, NOTAM (Notice To Air Missions) müəyyən bir ərazidə və ya hava məkanında müvəqqəti təhlükə və ya məhdudiyyət barədə pilotlar və hava nəqliyyatı üçün rəsmi bildirişdir. /// Qafqazinfo

 


OXŞAR XƏBƏRLƏR