İranın nüvə probleminin dinc yolla həlli üzrə başlayan danışıqların əleyhdarları unutmamalıdırlar ki, bunun alternativ yolu hərbi əməliyyatlardır ki, Vaşinqton da bunun baş tutmasını istəməzdi.
AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi Cey Karni İranla sövdələşmə tənqidçilərinin çıxışlarını şərh edərkən bildirib.“Madam ki, belə bir imkan yaranıb, biz diplomatik qərar qəbul etməyə çalışmalıyıq. Çünki bunun alternativ variantı güc tətbiqidir. Biz heç bir variantı istisna etmirik, eləcə də hərbi həll yolunu, lakin prezident diplomatiya yolunu prioritet hesab edir”, - deyə Karni bildirib.O həmçinin təsdiq edib ki, İrana qarşı tətbiq olunan qadağaların mümkün yumşaldılması əsas məhdudiyyətlərə aid edilməyəcək və hadisələrin mənfi inkişaf edəcəyi təqdirdə ləğv oluna bilər.