​​​​​​​İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb

DÜNYA
13:50 22.09.2024
160
İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

"Report” xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

"Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.
OXŞAR XƏBƏRLƏR